Content Stats & Analytics for @gulay.tahirli
@gulay.tahirli
Özayın mənə “ana” deməsini öyrətməyə çalışmışam, “mama” sözünü, demək olar ki, eşitməyib, mən özüm də anama ana deyirəm. Amma Özay mənə “mama” deyir. Heç eşitmədiyi və öyrədilməmiş bir sözü bu uşaq necə öyrənib? Və nə bilir ki, mən mamayam, çünki o sözü təkcə mənə deyir, acanda, yuxusu gələndə durmadan “mama” deyə təkrarlayır. Bir az araşdırma apardım, Roman Jacobsonun fikri mənə daha maraqlı və inandırıcı gəldi. Jacobsona görə, “m” səsi uşağın əmmə əsnasında ağız hərəkətləri ilə səsləşir, ona görə körpələrin ilk sözü çox vaxt “mama” olur. Bəs niyə ancaq mənə “mama” deyir? Düşünürəm ki, “m” səsi uşağa yemək zamanından tanışdır, yeməyi də ancaq ana yedirdiyi üçün “mama”nı ancaq anaya deyir. İndiyəcən heç sevmədiyim və işlətmədiyim ( anama “ana” deyirəm) “mama” kəlməsini Özay sevdirdi mənə! 🩵 Bəs digər dünya dillərində durumlar necədir? Bu mövzuda ilk araşdırmanı Murdock aparıb, 531 dildə “ana” anlamını verən kəlmələri incələyib, onlardan 273 dildə “ma”, “mə”, “na” hecalarının ana üçün işləndiyini ortaya çıxarıb. Mövzu ilə bağlı Gervain də araşdırma aparıb. Uşaqlara içində təkrar hecalar olan və olmayan kəlmələri dinlədib. Dinləmə zamanı körpələrin beyin hərəkətləri izlənilib, təkrar hecalı kəlmələrə (məsələn, mababa) körpələr daha çox maraq göstərib, təkrar heca olmayanlar (məsələn, mapane) o qədər də maraq oyandırmayıb, beyin hərəkətliliyi passiv olub. Ona görə körpələrin ilk sözləri təkrar hecalı sözlər - mama, baba, nənə, dədə olur. Özayın ilk sözü “mama, ikincisi “baba” oldu. 🙏 #mama #annelik #book #books #bookstagram #bookish #bookaddict #booklover #kitap #kitaplar #şiirgecede #şiiryürekte #güzelsözler #baby #babies #babyphotography #ek #kitablarım #kitapalıntıları #kitapaşkı
Similar Trending Contents from Other Creators
@amyjordjennings
@drpoonammaggo
@justinbneber
* Copyright: Content creators are the default copyright owners. These Images are published on public domains and respective social media for public viewing.
Need More Creators to Create Trending Contents for Your Influencer Campaign?
Discover Similar Creators Now!
Get @gulay.tahirli's Instagram Account Statistics!
Check out the engagement rate, demographics profiles and interests of the audience of this instagram account and identify whether the creator has fake followers!
Unlock Full Report