Content Stats & Analytics for @myfoodchannell
@myfoodchannell
Evdə ən dadlısından Lülə Kabab🔥 Mən sobada bişirdim, ancaq əlbəttə ki, bu reseptlə həm də manqalda da bişirə bilərsiniz. Ərzaqlar: 1 ədəd qırmızı kapya bibər 2 ədəd soğan 1/2 dəstə keşniş 1 kilo quzu+600 qr. dana (Hər ikisini orta yağlı istifadə etdim.) 1/2 çay qaşığı qara istiot 1/2 çay qaşığı pul bibər 1/3 çay qaşığı cirə (zövqə görə) Duz zövqə görə Ümumiyyətlə istənilən 800 qr. ət 200 qr. quyruqla qarışdırılır. Əti, soğan, sarımsaq və bibəri ətçəkənin xırda dəlikli başlığından keçiririk. Videoda Panasonic ətçəkəndən istifadə etdim. Kompakt olmasını və işini sürətlə yerinə yetirməsini çox bəyəndim. Qeyd edim ki, ətçəkəni @soliton_magazalari -dan əldə edə bilərsiniz. Ətçəkəndən keçirdiyim soğan, sarımsaq və bibərin artıq suyunu süzüb (Bu suyu ətə forma verərkən istifadə etdim.) ətin üzərinə əlavə etdim. Xırda doğranmış keşniş və ədviyyatları da əlavə edib, qarışdırıb, ən az 10 dəqiqə yoğurdum. Ətin üzərini örtüb, soyuducuda ən az 1-2 saat gözlədirik. Bu arada enli çöp şişləri qaynar suda isladırıq ki, bişirmə zamanı sobada yanmasın. 1-2 saatın ardından əti şişə çəkirik. İstəyə görə yanına tərəvəzlər də düzə bilərik. Soba qabını folqa və ya yağlı kağızla örtüb, şişləri altında boşluq qalacaq şəkildə düzürük. Əvvəlcədən qızdırılmış sobanın ən yüksək dərəcəsində, ızqara rejimində hər iki tərəfini qızardırıq. Soğanı marinə etmək üçün 2 ədəd soğan 1/2 çay qaşığı duz 1/2 çay qaşığı şəkər tozu 1 yemək qaşığı sirkə 1 yemək qaşığı duru yağ 1 çay qaşığı sumax Soğan nazik dilimlərə bölünür. Üzərinə digər ərzaqlar əlavə edilir, qarışdırılır. 15 dəqiqə sonra 1 dəstə keşnişlə qarışdırılır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun)) #keşfet #kebap #keşfetteyiz #yemektarifleri
Similar Trending Contents from Other Creators
@yigitoyi
@sonrkara08
@yigitoyi
@yigitoyi
@ahatozturk58
* Copyright: Content creators are the default copyright owners. These Images are published on public domains and respective social media for public viewing.
Need More Creators to Create Trending Contents for Your Influencer Campaign?
Discover Similar Creators Now!
Get @myfoodchannell's Instagram Account Statistics!
Check out the engagement rate, demographics profiles and interests of the audience of this instagram account and identify whether the creator has fake followers!
Unlock Full Report