Content Stats & Analytics for @usaginizin_hekimi
@usaginizin_hekimi
Bu revmatizm deyil. İık növbədə bunu bilin. Revmatizm xəstəliyində gecə ayaq ağrıları kim bir əlamət olmur. Buna görə analiz də lazim deyil. Zatən revmatizm xəstəliyi anaıiz ilə diaqnozu qoyulan xəstəlik deyil!!! Bunu unutmayın. Revmotestlər bir şey ifadə etmir. Bir çox valideyndən bu şikayəti eşidirik ki, uşağın gecələr ayaqları ağrıyır. Uşaq bu ağrıdan oyanıb ağlayır hətta. Analar uşağın ayaqlarını ovxalayır, kamfora yağı çəkir və ağrı xəfifləyir. Bu gecə ağrıları böyümə ağrılarıdır. Daha çox əzələ-bağ boşluğu olan uşaqlarda çox görülür. Niyə bu cür ağrılar olur və məhz gecə olur? Çünki böyümə faktoru gecə artır, böyümə prosesi elə sürətli olmasa da sümüklərin böyüməsi, sümüklərə birləşmiş sümüküstlüyünün gərilməsinə, ordakı sinir uclarının qıcıqlanmasına gətirir. Bu da ağrı ilə nəticələnir. Ayaqınız öndən bir yerə dəyəndəki ağrını yadınıza salın. Sümük dyəndə olan ağrı. Həmin ona uyğum bir hiss olur. Masaj etdikdə , ovxaladıqda, isti vanna etdikdə qan dövranı aktivləşir, sinir ucları sakitləşir. Bu ağrılar üçün uşağa ağrıkəsicilər verməyin. Revmatizm yoxlanaq üçün lazımsız analizlər etdirməyin. Vaxt keçdikcə ağrılar azalır və şikayətlər olmur. Birləşdirici toxuması displaziyası olan yəni hipermobil uşaqlarda da gecə ayaq, oynaq ağrıları ola bilər. Bu onların gün ərzində gərgin qalması, əzələ gücünün zəif olması hesabından bağların yüklənməsi səbəbindən olur. Əsasən də oynaqətrafı bağlar boş və uzun olur və narahatıq da elə orda olur. Gunduz vaxtı çox oynayıb, çox yol gedibsə belə uşaqlar gecə narahat yatacaq. Bağ boşluğu olan uşaqlar skolioza meyilli olur, ayaqlarda valgus olur və s. Bu haqda daha geniş sonra yazaram. Belə uşaqlara dəniz duzu ilə vannalar etmək, yayda sahildə quma basdırmaq (silisium kollagen sintezi üçün vacibdir, kollagen isə bağların tərkib hissəsidir) , dənizdə çimmək (talassoterapiya), yosun aplikasiyaları faydalı olar. #ayaqağrısı #revmatizm #revmotest #böyüməağrısı #gecəağrısı #pediatr #aytenismayilzade #analarbilsin #bilikliana
Similar Trending Contents from Other Creators
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@pediatr_tagiyev
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@pediatr_tagiyev
* Copyright: Content creators are the default copyright owners. These Images are published on public domains and respective social media for public viewing.
Need More Creators to Create Trending Contents for Your Influencer Campaign?
Discover Similar Creators Now!
Get @usaginizin_hekimi's Instagram Account Statistics!
Check out the engagement rate, demographics profiles and interests of the audience of this instagram account and identify whether the creator has fake followers!
Unlock Full Report