Content Stats & Analytics for @usaginizin_hekimi
@usaginizin_hekimi
Uşağınızın kakasından pis qoxu gəlirsə bu nədən xəbər verir? - Əgər bu körpəlikdən varsa və eyni zamanda yağlı nəcis və çəkidə, inkişafda gerilik görürüksə #kistozfibroz kimi ciddi xəstəliyin əlaməti ola bilər. - sonradan yaranırsa - məsələn əlavə qidaya keçdikdən sonra, yaxud bir yaşdan sonra ümumi stola başladıqda - bu əlaqədar olur qida artıqlığı ilə. Əsasən də zülallı qidaların.. Deyək ki, uşaq yeyə bilər iki qaşıq ət püresi, siz ona verirsiz bir bütöv kotlet. Uşaq yeyə bilər bir kotlet, siz hətta üçüncünü də verməyə hazırlaşırsız.. Uşaq yeməlidir yarım yumurta sarısı, siz bir bütöv və yarım verirsiz.. Belə olduqda zülalları həzm edən, parçalayan ferment çatışmır. Çünki uşağın fermenti yaşına uyğun olsa da, yediyinə uyğun olmur. Beləliklə, həzm yarımçıq qalır. Nəticədə indol, skatol kimi maddələr yaranır. Onların pis qoxusu nəinki ətrafdakıları, bağırsaqdakı yaxşı bakteriyaları da narahat edir. Floranın pozulması isə ikincili olaraq həzm pozulmasına gətirir. Bu zamam uşağın yediyi bağırsaqdan sorulmur. Çox yeyir amma artmır, nə qədər çox yesə narahatlıq da artır. Qarında ağrılar, çoxlu qaz, qəbizlik və ya ishala meyilli, ürəkbulanma, daha sonralar isə yeməkdən imtina yaranır. Valideyn deyir ki, "bu uşaq artmasa da əvvəl yeyirdi, indi isə həm yemir, həm artmır". Hələ bunun üstünə rəngli suları, şokoladları, paket-paket maqazin abut-cuburunu, şokolad yağını da gəlsək vəziyyət lap pis olur. Uşağın həm həzm sistemi pozulur, həm də dad reseptorları standart bir şirin dadı tanıyır. Qalanlarını rədd edir. Getdikcə dişlər çürüyür, uşaq əsəbi olur, çunki lazim ola mineral və vitaminləri almır, sinir hüceyrələri gərgin işləyir, uşaq ətrafa adekvat olmur. Yuxu pozulur. Biz bu səhvləri etməklə uşağımızın həyatı ilə oynayırıq. Bağırsaqlar həyatımızın əsas hissəsidir. Valideynin borcu uşağı sadəcə böyütmək deyil, onu həm də sağlam böyütməkdir. Əsas da bağırsaqlarını sağlam tutmalıdır. Bağırsaqlar ikinci beyindir. Uşağın beynindən nələrsə tələb edərkən onun bağırsağına nələr göndərdiyinizi xatırlamağınızı məsləhət görürəm. #pediatr #aytenismayilzade #inteqrativtibb #usaginizinhekimi #immunitet #mikrobiota #bağırsaqmühiti #sağlamkörpə #probiotik #prebiotik
Similar Trending Contents from Other Creators
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@pediatr_tagiyev
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@pediatr_tagiyev
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
@leziz_dad_sirniyyat__evi
* Copyright: Content creators are the default copyright owners. These Images are published on public domains and respective social media for public viewing.
Need More Creators to Create Trending Contents for Your Influencer Campaign?
Discover Similar Creators Now!
Get @usaginizin_hekimi's Instagram Account Statistics!
Check out the engagement rate, demographics profiles and interests of the audience of this instagram account and identify whether the creator has fake followers!
Unlock Full Report